Türk futbolçu Premyer Liqa klublarının hədəfində
11.06.2017 - 20:46
Türk futbolçu Premyer Liqa klublarının hədəfində

Türk futbolçu Hakan Çalhanoğlu Premyer Liqa klublarının maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, bu barədə “Bild” nəşri xəbər yayıb.

 

Bildirilib ki, Türkiyə millisinin üzvü ilə “Arsenal” və “Çelsi” ciddi maraqlanır.

 

Yarımmüdafiəçinin hazırkı klubu “Bayer” də Hakanı satmaqda maraqlıdır.

 

Qeyd edək ki, 2014-cü ildə “Hamburq”dan Leverkuzen təmsilçisinə keçən Çalhanoğlu üçün 15 milyon avro ödənmişdi.