Türkiyədə Azərbaycan derbisi baş tutmadı
15.03.2015 - 18:09
Türkiyə PTT I Liqasında XXIV turun növəti oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, yığmamızın hücumçusu Vaqif Cavadovun formasını geyindiyi “Boluspor" doğma publika önündə digər azərbaycanlı futbolçu Rail Məlikovun heyətində çıxış etdiyi "Dənizlispor"u qəbul edəcək.
Matç qonaqların 0:1 hesabı ilə xeyrinə tamamlanıb. Bu oyunda yalnız Vaqif meydana çıxıb. O, 80-ci dəqiqədə şans əldə edib. Məlikovun adı isə heç “18-liy”ə belə daxil edilməyib.
Qeyd edək ki, aktivində 31 xalı olan “Boluspor"10-cu, 21 xalla "Dənizlispor" isə 17-ci sırada qərarlaşır.
0
0