17 yaşadək futbolçulardan ibarət Azərbaycan milisi Avropa çempionatının seçmə mərhələsinin son turunda Bosniya və Herseqovina ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, bu gün Belçikada keçiriləcək görüş komandalar arasında 3-cü duel olacaq.
Balkanlılarla əvvəlki iki oyun 2007-ci ildə baş tutub. Maraqlıdır ki, hər iki matçın taleyini 1 qol həll edib. Martın 28-də 2006/07 mövsümünün elit-raundunda yığmamız 1:0 hesabı ilə qalib gəlib.
Həmin il oktyabrın 6-da isə rəqiblər 2007/08 mövsümünün ilkin seçmə mərhələsində mübarizə aparıblar. Bu dəfə balkanlılar 1 qolla seviniblər.
Qeyd edək ki, Hər iki oyunda yığmamızın baş məşqçisi Yaşar Vahabzadə olub.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu