İngiltərə Premyer Liqa təmsilçisi “Everton” heyətini yeni hücumçuyla gücləndirib. Apasport.az saytının məlumatına görə, Liverpul təmsilçisi İngiltərədə səviyyəcə üçüncü dərəcəli çempionat olan birinci liqada mübarizə aparan “Çarlton”un hücumçusu Ademola Lukmanı heyətinə cəlb edib.
Bu barədə məlumatı klubun saytı yayıb. “Everton” 19 yaşlı hücumçuyla 4,5 illik müqavilə bağlayıb. Klub Ademolanın keçidi üçün “Çarlton”a 11 milyon funt-sterlinq ödəyib. Bu, birinci liqada qeydə alınmış ən yüksək məbləğli transferdi.
Qeyd edək ki, İngiltərə gənclər millisinin də üzvü olan Lukman cari mövsümdə “Çarlton”un heyətində meydana çıxdığı 21 oyunda 5 qola imza atıb.