UEFA İntizam Komitəsi “Barselona”nı cərimələyib. Apasport.az saytının məlumatına görə, buna Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab oyunu səbəb olub.
Belə ki, həmin qarşılaşmada bəzi azarkeşlər meydana çıxdığı və komandanın oyunçularının intizamsız davranması səbəbindən (5 və daha artıq sarı vərəqə) klub 19 min avro məbləğində cərimələnib.
Bundan əlavə həmin mərhələnin “Napoli” - “Real” matçında italiyalı azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi neapollulara 38 min avroya başa gəlib.
Qeyd edək ki, “Barselona” sözügedən matçda PSJ-yə 6:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlmiş, “Napoli” isə 1:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmışdı.