UEFA Kosova klublarına növbəti avrokubok mövsümündə iştirak etməyə icazə verib. Apasport.az saytının məlumatına görə, Avropanın ali futbol qurumu Kosova çempionatının son qalibi ilə ölkə kubokunun sahibinin Avrokubokların 2016/17 mövsümündə çıxış edə biləcəyini açıqlayıb.
Bunun üçün isə Kosova klubları iştirak üçün gərəkli lisenziyanı almalıdılar. Avropanın yeni üzvünün mükafatçılarının UEFA-nın lisenziya tələblərinə cavab verib-vermədiyi mayın 31-də bəlli olacaq.
Lisenziya tələblərinə cavab verəcəyi təqdirdə, Kosova çempionu Çempionlar Liqasının, ölkə kubokunun sahibi isə Avropa Liqasının 2016/17 mövsümünün 1-ci təsifat mərhələsindən mübarizəyə qoşulacaq.
Qeyd edək ki, Kosova çempionatının son mövsümünün qalibi "Feronikeli" olub. Kubokun sahibinin adına isə mayın 31-də aydınlıq gələcək.