UEFA nümayəndəsi Bakıya gəldı - FOTO
13.10.2016 - 17:21
UEFA  nümayəndəsi Bakıya gəldı - FOTO

UEFA-nın Klubların Lisenziyalaşdırılması və və Maliyyə Fair Play şöbəsinin rəhbəri Andrea Traverso Bakıda səfərdədir. Apasport.az saytının məlumatına görə, bu gün Avropa futbol qurumunun nümayəndəsi AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb.

 

Görüş zamanı Azərbaycanda lisenziyalaşdırma sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılıb. Ardınca Traverso, Məmmədov və AFFA-nın Lisenziyalaşdırma qrupu üzvlərinin iştirakı ilə “Neftçi”, “Qəbələ”, “İnter” və “Qarabağ”ın rəhbər şəxsləri arasında görüşlər keçirilib.

 

Görüşlərin əsas mövzusu Maliyyə Fair Play tələblərinin və Lisenziyalaşdırma qaydalarının klublar tərəfindən tələb olunan şəkildə yerinə yetirilməsi və tətbiqi, xüsusən maliyyə meyarlarının düzgün yerinə yetirilməsi ilə bağlı olub. Traverso klubların qeyd olunmuş tələblərə əməl etməsinin vacibliyini xüsusi qeyd edib və bununla bağlı tövsiyələrini verib.

 

Mənbə: affa.az