UEFA Avropa Liqasında Dortmund “Borussiya”sı ilə “Tottenhem” arasında baş tutan matçda baş verən hadisələrlə bağlı təhqiqata başlayıb. Apasport.az-ın məlumatına görə, bu barədə qitə futbol qrupu öz saytından xəbər yayıb.
Ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə başa çatan oyunda yaşanan təhlükəsizlik tədbirlərindəki əskiklərə və oyundan əvvəl baş verən hadisələrə görə dortmundlular cavab verməli olacaqlar.
UEFA Etika və Nizam İntizam Komitəsi bu qarşılaşmanı müzakirə etmək üçün martın 19-u bir araya gələcək.
Qeyd edək ki, “Siqnal İduna Park” arenasında baş tutan oyundan əvvəl yaşanmış izdihama güvənlik qüvvətləri bibər qazı ilə müdaxilə etmiş, qarışıqlıqda 17 ingilis azarkeş yaralanmışdı.