UEFA-nın klublara maliyyə nəzarəti instansiyasının istintaq palatası son araşdırmalarının nəticələrini açıqlayıb. Apasport.az saytının məlumatına görə, maliyyə “feyr-pley”i qaydalarını pozduğu üçün araşdırmalara cəlb olunan 4 komanda barədə müsbət qərar verib.
Belə ki, “Dinamo” (Xorvatiya), “Astana” (Qazaxıstan), “Trabzonspor”, “Fənərbaxça” (hər ikisi Türkiyə) klubları ilə sülh anlaşması əldə edilib.
Bundan başqa, “Makkabi” (Təl-Əviv, İsrail), “Rux” (Polşa) və “Rostov” (Rusiya) barədə ötən ilki qərarın icra olunduğu elan edilib. Bu üzdən bu klublara qarşı cəzalar aradan qaldırılıb və avrokuboklarda çıxışına icazə verilib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"