Ueyn Runi iki cəbhədə ikinci oldu
02.01.2016 - 21:38
Ueyn Runi iki cəbhədə ikinci oldu

“Mançester Yunayted”in hücumçusu Ueyn Runi “Suonsi” ilə oyunda fərqlənərək, klubdakı karyerası boyu vurduğu qolların sayını 238-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı futbolçu bu göstərici ilə “qırmızı şeytanlar”ın ən yaxşı ikinci bombardiri olub.

 

Denis Lounu geridə qoyan Runi sadəcə Bobbi Çarltona “uduzur”. Əfsanəvi futbolçunun aktivində 249 qol var.

 

Şrek ləqəbli futbolçu bundan əlavə İngiltərə Premyer Liqasının tarixinin də ən yaxşı ikinci bombardiri olub. Bu cəbhədə isə aktivindəki 188 qolla keçmiş “manukunian” Endi Koulu geridə qoyaraq, Alan Şirerin arxasında yer tutub. Şirerin hesabında isə 260 qol var.