Ukrayna yığması Bakı səfəri öncəsi qalib gəldi
15.03.2015 - 17:09
AVRO-2016-nın seçmə mərhələsində yığmamızın rəqiblərindən olan futzal üzrə Ukrayna millisi yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, rəqibimiz Xarkov "Lokomotiv"i ilə münasibətlərinə aydınlıq gətirib.
Görüşdə Ukrayna yığması 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsində Ukraynadan başqa, Danimarka və Belçika da yığmamızın rəqibləridi. Qrup oyunları isə Bakıda keçiriləcək.
0
0