Van Qal Hollandiya millisində?
31.03.2016 - 00:20
“Mançester Yunayted”in baş məşqçisi Lui Van Qal Hollandiya millisində çalışa bilər. Apasport.az saytının məlumatına görə, mövsümün sonunda “qırmızı şeytanlar”dan ayrılacağı gözlənilən holland mütəxəssisin öz ölkəsinin milli komandasında texniki direktir vəzifəsində çalışmaq ehtimalı var.
Bu barədə iddia ilə “The İndependent” nəşri çıxış edib. Bildirilib ki, Niderland Kral Futbol Federasiyası onu yığma komandada bu vəzifə üçün ən layiqli namizəd kimi görür.
0
0