Vardi “Lester”i tərk edir?
04.06.2016 - 23:05
Vardi “Lester”i tərk edir?

“Arsenal” İngiltərə Premyer Liqasının son çempionu “Lester”in əsas hücumçusu Ceymi Vardiylə anlaşıb. Apasport.az saytının “goal.com”a istinadən məlumatına görə, hazırda İngiltərə millisinin düşərgəsində olan hücumçuyla yaxın günlərdə müqavilə bağlanacaq.

 

“Topçular” 29 yaşlı futbolçuya görə 20 milyon funt-sterlinq ödəyəcək.

 

Xatırladaq ki, bir müddət öncə “Lester”in çalışdırıcısı Klaudio Ranyeri İngiltərə mətbuatına açıqlamasında “Arsenal”ın Vardiylə maraqlanmasını təsdiqləmişdi.

 

Qeyd edək ki, bu, “Arsenal”ın mövsümlərarası fasilədə ikinci transferidi. “Topçular” bir müddət öncə Münhenqladbax “Borussiya”sının üzvü Qranit Xakanı 33 milyon funt-sterlinq qarşılığında heyətinə cəlb etmişdi.