Rusiya prezidenti Vladimir Putin son vaxtlar üst-üstə yaşanan dopinq skandalları ilə bağlı fikir bildirib. Apasport.az saytının məlumatına görə, hökumət toplantısında bu məsələni gündəmə gətirən prezident baş verən qalmaqallarda yerli idman nazirliyini, olimpiya komitəsini günahlandırıb.
Rusiya dövlət başçısı həmçinin idmançıların özlərinin və məşqçilərinin də diqqətli olmalarını qeyd edib: “Ardıcıl meydana gələn bu hadisələrdə günahkar biz özümüzük. Hər zaman yenilənən yasaqlı maddələrin siyahısı idmançılara və məşqçilərə bildirilməlidi. İdman nazirliyi də, Olimpiya komitəsi də bu cür halların tez-tez təkrarlanmaması üçün Beynəlxalq Antidopinq Komitəsi (WADA) ilə sıx işbirliyi içərisində olmalıdı”.