“Neftçi”nin sabiq futbolçusu Julius Vobayın yeni komandası müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, 32 yaşlı yarımmüdafiəçi Sloveniyanın “Olimpiya” klubu ilə anlaşıb.
Ötən mövsümün sonunda “Neftçi”dən ayrılan və həmin vaxtdan bəri klubsuz qalan Syerra-Leone millisinin üzvü bir neçə gündü Lyublyana klubunun düşərgəsində məşq edir. Dünən isə “Olimpiya”nın məşqçilər korpusu “Radomlye” ilə yoxlama matçında onu sınaqdan keçirib. Sabiq “Neftçi”linin ikinci 45 dəqiqəni meydanda keçirdiyi qarşılaşma “Olimpiya”nın 5:1 hesablı qələbəsi ilə nəticələnib.
Lyublyanalıların baş məşqçisi Marko Nikoliç təcrübəli futbolçunun çıxışından məmnun qalıb və rəhbərlik onunla müqavilə imzalamaq qərarına gəlib. Yaxın günlərdə münasibətlərin rəsmiləşməsi gözlənilir.
Qeyd edək ki, Julius Vobay 2012-2015-ci illərdə “Neftçi”nin formasını geyinib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"