Xames Rodrigez “Real”a qayıtmayacaq
04.10.2016 - 22:40
Xames Rodrigez “Real”a qayıtmayacaq

“Real”ın yarımmüdafiəçisi Xames Rodrigez müalicəsinə öz ölkəsində davam edəcək. Apasport.az saytının məlumatına görə, La Liqanın VII turunda “Eybar”la oyunda zədələnən futbolçu ölkəsində müayinə olunub.

 

Onun millidə oynaya bilməyəcəyi üçün İspaniyaya – klubun düşərgəsinə dönəcəyi gözlənilsə də, həkimlər icazə veməyiblər.

 

Belə ki, əzələsindən zədələnmiş Xames vətənində müalicə olunacaq və sağalandan sonra İspaniyaya yollanacaq.