Xavi “Barselona”nı Raulun köhnə evinə dəyişir
19.05.2015 - 16:19
Xavi “Barselona”nı Raulun köhnə evinə dəyişir

“Barselona”nın təcrübəli futbolçusu Xavi Ernandesin karyerasını Qətərin “Əl-Sədd” klubunda davam etdirəcəyi dəqiqləşmək üzrədi. Apasport.az saytı xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi mayın 21-də bu barədə rəsmi açıqlama verərək, “Barselona”dan ayrılacağını təsdiqləyəcək.

 

Xavinin yeni klubu ilə 3 illik müqavilə imzalayacağı gözlənilir. “Əl-Sədd”lə bağlanılacaq sözləşmənin şərtlərində göstərilir ki, Xavi yaxın gələcəkdə Qətər millisini də çalışdıra bilər. Bundan əlavə, onun 2022-ci ildə keçiriləcək dünya çempionatının səfiri, həmçinin “Aspire” akademiyasının məsləhətçisi olacağı bildirilir.

 

Xavi Qətərə ailəsi ilə birgə köçəcək. O, həmyerlisi Raul Qonzalesin vaxtilə yaşadığı evdə məskunlaşacaq.