Xorvatiyalı hücumçuya “Mançester Siti”dən 32 milyonluq təklif
25.12.2014 - 18:55
Madrid “Atletiko”sunun hücumçusu Mario Mandzukiç karyerasını İngiltərə çempionatında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu ilə “Mançester Siti” danışıq aparır.
“Şəhərlilər” Mandzukiçə görə 32 milyon avro xərcləməyə hazırdılar. İspanlar da bu transferin baş tutmasına qarşı deyillər. “Atletiko” Fernando Torresi heyətinə qata bilsə, Mandzukiçin İngiltərəyə gedişinə mane olmayacaq.
Karyerası ərzində “Dinamo” (Zaqreb), “Volfsburq” və “Bayern” klublarının da formasını geyinmiş Mandzukiç “Atletiko”ya yayda keçib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0