Yalnız fransalılar
08.07.2016 - 13:27
Fransa millisinin hücumçusu Antuan Qrizman AÇ-lər tarixində final mərhələsində 5-dən artıq qol vuran 2-ci futbolçu olub.
O, bunu AÇ-2016-da vurduğu qolların sayını 6-ya çatdırmaqla rəsmiləşdirib. Qrizmana qədər yalnız bir futbolçu final mərhələsində belə yüksək məhsuldarlıq nümayiş etdirib.
AÇ-1984-də 9 qol vuran Mişel Platininin də Fransa yığmasında oynadığını nəzərə alsaq, yalnız bu komandanın üzvləri bir çempionatda 5 dəfədən artıq fərqlənməyi bacarıb.
Qeyd edək ki, Antuan Portuqaliya ilə iyunun 10-da keçiriləcək final oyununda qol sayını artıra da bilər.
0
0