Yaponiyalılar 1/4 finalda
11.12.2015 - 10:36
Klublararası dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, Yaponiyada keçirilən mundialın pley-off mərhələsində bir qarşılaşma baş tutub.
Yarışa meydan sahibi kimi qatılan “Sanfreççe Hirosima” ilə Okeaniyanın ən yaxşısı “Oklend” üz-üzə gəlib. Minaqava və Şiotaninin qolları ilə qalib gələn yaponiyalılar 2:0 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib.
Yaponiya təmsilçisi dekabrın 13-də keçiriləcək növbəti oyununda Afrikanın ən güclüsü olan “Mazembe” (Konqo) ilə qarşılaşacaq.
0
0