Belçikalı futbolçu Tomas Vermalen növbəti dəfə zədələnib. Apasport.az saytının məlumatına görə, müqavilə ilə “Barselona”ya məxsus olsa da, hazırda icarə əsasında “Roma”da çıxış edən müdafiəçi məşq zamanı xəsarət alıb.
Onun hansı müddətə sıradan çıxdığı son müayinələrdən sonra dəqiqləşəcək. “SKY Sports İtalia” isə iddia edir ki, oyunçunun əzələsində yırtıq var və bu, ona bir neçə həftə kənarda qalmaq bahasına başa gələcək.
Qeyd edək ki, yayda Romaya köçən Vermalen zədə səbəbindən cari mövsüm cəmi 4 oyunda meydana çıxıb. Ümumiyyətlə isə belçikalı son 4 mövsümdə cəmi 29 matçda forma geyinmək imkanı qazanıb.