Yığmada yeni baş məşqçi
10.12.2015 - 17:32
Yığmada yeni baş məşqçi

Danimarka yığmasının yeni baş məşqçisi məlum olub. Apasport.az saytının Danimarka Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, bu posta norveçli mütəxəssis gətirilib.

 

Federasiya “Malmo”nun sabiq çalışdırıcısı Oqe Hareyde ilə anlaşıb. Xəbərdə bildirilib ki, 62 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, gələn il mart ayının 1-dən etibarən yeni işinə rəsmən başlayacaq.

 

Qeyd edək ki, Danimarka yığması AVRO-2016-nın final mərhələsinə vəsiqə qazana bilmədiyi üçün 15 ildi komandanın “sükan”ı arxasında olan Morten Olsen vəzifəsindən ayrılmışdı.