Yığmamız Gürcüstanla qarşılaşacaq
01.09.2016 - 10:24
Yığmamız Gürcüstanla qarşılaşacaq

15 yaşadək qızlardan ibarət Azərbaycan yığması Gürcüstanda təlim-məşq toplanışına start verib. Apasport.az saytının məlumatına görə, millimiz Laqodexi şəhərindəki hazırlıq prosesində 2 yoldaşlıq oyunu keçirəcək.

 

Komandamız bu gün və sentyabrın 3-də Gürcüstanın U-15 yığması ilə qarşılaşacaq. Yığmamız səfərə 19 oyunçu ilə yollanıb: Alina Nəhmədova, Ləman Niftəliyeva, Leyla Ağayeva (hamısı “Fidan”), Ləman Mustafazadə (“İmişli”), Məhəbbət Eyvazlı (“Qax”), Nərgiz Əliyeva, Nigar Mirzəliyeva, Coşqunə Əliyeva, Türkan Hacızadə (hamısı “Mingəçevir”), Jalə İldırımova (“Sumqayıt”), Gülşən Eldarova, Nahidə Məmmədova (hər ikisi “Şəki”), İlahə Əkbərova, Lamiyə Əlizadə, Nigar Əhmədova, Nigar Rzayeva, Ramilə Bayramova, Züleyxa Zamanlı (hamısı “Təhsil”), Aysun Muradova (“Zaqatala”).

 

Mənbə: affa.az