Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin mübarizə apardığı C qrupunda son 2 qarşılaşma baş tutub
Turun ilk oyununda Bolqarıstanla Latviya üz-üzə gəlib. Matç latviyalıların minimalhesablı qələbəsi ilə başa çatıb.
Yığmamız isə liderlə - Sloveniya ilə qarşılaşıb. Millimiz matçdan 0:4 hesablı məğlubiyyətlə ayrılıb. Qalib gələcəyi halda qrup lideri olmaq ehtimalı olan Təbriz Həsənovun yetirmələri məğlub olaraq, 3-cü pilləyə düşüblər.
Qeyd edək ki, yığmamız turnirdə ilk oyununda Latviya (1:1), ikinci matçında Bolqarıstanla (2:0) görüşüb.
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnir
C qrupu
III tur
8 yanvar
Bolqarıstan – Latviya - 0:1
Sloveniya - Azərbaycan - 4:0
Qollar: Jijek, 18, 36, Şoştariç, 56, Jurqa, 90
Sloveniya: 1. Rok Vodişek, 2. Koraliç Sandi, 3. Rom Matija, 4. Sostariç Kariç Sven, 5. Pişek Janez (k), 7. Petroviç Dejan, 9. Zizek Kevin, 10. Novak Jakob, 17. Sredojeviç Kristjan, 18. Buzinel Rok, 20. Ogrinec Sandi
Ehtiyat oyunçular: 12. İqor Vekiç, 6. Brekalo David, 8. Kambiç Luka, 11. Kene Marcel, 13. Vajda Niko, 15. Salja Veron, 16. Dediç David, 19. Zurqa Tom
Azərbaycan: 1. Murad Popov, 2. Hüseyin Seyliqli, 3. Ricat Qarayev, 4. Yusif Həsənov, 5. Əsədov Elçin (k), 7. Fərid Nəbiyev, 8. Güler Metin, 9. Oksuz Doğukan, 10. Pilağa Mehdyev, 11. Murad Mahmudov, 18. Murat Cem Akpınar
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Şahin Zəkiyev, 6. İbrahim Qədirzadə, 14. Bahadur Həziyev, 15. Muxtarlı Ceyhun, 16. Süleyman Əhmədov, 17. Arziman Rizvanov, 20. İsmayıl Babayev, 19. Aslan Bədəlzadə
1. |
Slovenya |
3 |
2 |
1 |
0 |
9:2 |
7 |
2. |
Latviya |
3 |
1 |
2 |
0 |
3:2 |
5 |
3. |
Azərbaycan |
3 |
1 |
1 |
1 |
3:5 |
4 |
4. |
Bolqarıstan |
3 |
0 |
0 |
3 |
1:7 |
0 |