Azərbaycan millisinin (U-19) heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Nazim Süleymanov martın 10-dan 14-dək Bakıda, martın 14-dən 18-dək Monteneqronun Podqoritsa şəhərində təlim-məşq toplanışı üçün 22 futbolçuya dəvət göndərib.
O, hazırlıq prosesi çərçivəsində martın 15-də, Bakı vaxtı ilə saat 18:00-da, 2 gün sonra isə saat 14:00-da Monteneqronun U-19 yığması ilə yoldaşlıq oyununda Elnur Orucov, Süleyman Süleymanov, Amin Seydiyev, Rövlan Muradov, Hacıağa Hacıyev (hamısı “Qəbələ”), Fuad Bayramov, Orxan Ələkbərov, İsmayıl İbrahimli (hər üçü AZAL), Sərxan Əhmədli, Qara Mehrəlizadə (hər ikisi “Neftçi”), Elvin Yunusov (“Sumqayıt”), Nəbi Məmmədov (“Mil-Muğan”), Əli Əliyev (“Xəzər Lənkəran”), Ruslan Bediyev (“Saburtalo”), Famil Camalov, Nicat Süleymanov (hər ikisi “Bakı”), Elçin Əliyev, Tural Bayramlı (hər ikisi “Zirə”), Ruslan Hacıyev (“Qarabağ”), Murad Xaçayev (“Şaxtyor”, Donetsk, Ukrayna), Camal Camalov və Emin Quliyevi (hər ikisi “İnter”) sınaqdan keçirməyə qərar verib.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?