Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi dünya reytinqində 10-cu pillədəki mövqeyini qoruyub.
1 ay əvvəlki ilə müqayisədə xal hesabını artırıb, 1411-ə çatdıran millimiz 16 xallaıq qazanca nail olub. Bu da Hollandiya ilə DÇ-2016-nın pley-off mərhələsinin ilk matçındakı qələbə sayəsində gerçəkləşib.
Ümumiyyətlə son bir ayda siyahıda müəyyən dəyişikliklər baş verib. Uzun müddətdi zirvədə qərarlaşan İspaniya mövqeyini Braziliyaya verib. Komandamızın rəqibi olan Hollandiya isə 1213 xalla 26-cı yerdə qərarlaşıb. “Narıncılar” son 1 ayda 4 pillə geriləyib.
Dünyanın ən güclü 10 millisi
1. Braziliya - 1919
2. İspaniya - 1910
3. Rusiya – 1743
4. İtaliya – 1661
5. İran - 1626
6. Argentina – 1620
7. Portuqaliya - 1567
8. Ukrayna – 1496
9. Qazaxıstan – 1431
10. AZƏRBAYCAN – 1411