Yığmamız xal hesabını qoruyacaq
07.04.2016 - 18:38
Yığmamız xal hesabını qoruyacaq

FİFA milli komandaların növbəti reytinq siyahısını mayın 5-də açıqlayacaq. Apasport.az saytının məlumatına görə, 28 gündən sonrakı cədvəldə Azərbaycan yığmasının xal hesabı dəyişməyəcək.

 

Hazırda dünyanın 134-cüsü olan komandamızın hesabındakı 269 xal dəyişməz qalacaq. Buna səbəblərdən biri aprelin 7-dən mayın 5-dək olan müddətdə Rovert Prosineçkinin yetirmələrinin heç bir matç keçirməməsidi. Bundan başqa, əvvəlki 3 ilin müvafiq dövründə də yığmamız heç bir matça çıxmayıb.

 

Reytinqdə son 4 ilin nəticələri hesablandığından nəticədə millimiz elə 269 xalla qalacaq. Böyük ehtimalla komandamız mövqeyini də qoruyacaq. Çünki bu müddətdə nadir hallarda oyunlar keçirildiyindən əksər millilərin də xalı dəyişməyib.

 

0