Yığmamızdan 32-ci qol
05.01.2016 - 09:35
Yığmamızdan 32-ci qol

Azərbaycan millisi Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq ənənəvi turnirdə 32-ci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 2009-cu ildə yarışda debüt edən yığmamız 8-ci dəfə qatıldığı turnirə Latviya ilə görüşlə başlayıb.

 

U-17 millimiz bu qarşılaşmada 1:1 hesablı heç-heçəyə nail olub. Bu, komandamızın turnirdə 14-cü “sülh”üdü. Yığmamızın hesabında 6 qələbə və 12 məğlubiyyət də var. Pilağa Mehdiyevin vurduğu top millimizin rəqib qapılarından keçirdiyi 32-ci qol olub. Latviya isə yığmamızın buraxdığı 52-ci qola imza atıb.

 

Bu matç komandalar arasında 4-cü duül olub. 2009-cu ildə Latviyanı 2 cavabsız qolla məğlub edən millimiz 2012-ci ildə 1:2 hesabı ilə uduzmuşdu. İki il  əvvəlki qarşılaşma indiki kimi 1:1 hesabı ilə başa çatsa da, komandamız penaltilər seriyasında 3:0 hesabı ilə qalib gəlmişdi.