21 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatının final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, gələn il Polşada təşkil olunacaq yarışın iştirakçıları 3 qrupa bölünüb.
İyunun 16-30-da baş tutacaq çempionata vəsiqə uğrunda mübarizədə Azərbaycan millisi ilə eyni qrupda yer alan Almaniya həlledici mərhələdə Çexiya, Danimarka, İtaliya ilə mübarizə aparacaq. Son çempion İsveç isə meydan sahibi Polşa ilə bir qrupda çıxış edəcək. İddialı Pireney təmsilçiləri İspaniya ilə Portuqaliya isə B qrupunda rəqib olub.
A qrupu: Polşa, Slovakiya, İsveç, İngiltərə
B qrupu: Portuqaliya, Serbiya, İspaniya, Makedoniya
C qrupu: Almaniya, Çexiya, Danimarka, İtaliya
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı