Yığmamızın 14 potensial rəqibi müəyyənləşdi
06.12.2016 - 18:03
Yığmamızın 14 potensial rəqibi müəyyənləşdi

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi turnirin iştirakçılarından 15-i bəlli olub. Apasport.az saytının məlumatına görə, bunu Rusiya Futbol İttifaqının (RFİ) peşəkar futbol departamentinin rəhbəri Sergey Kulikov açıqlayıb.

 

O bildirib ki, artıq 13 ölkənin iştirakla bağlı razılığını alıb. Bunlar Yunanıstan, Slovakiya, Azərbaycan, Bolqarıstan, Hindistan, İran, Sloveniya, Belarus, Latviya, Estoniya, Litva, Qazaxıstan və Moldovadı. Meydan sahibləri isə Rusiya və Sankt-Peterburq yığmaları ilə təmsil olunacaq.

 

Bu isə o deməkdi ki, millimizin potensial rəqiblərindən 14-ü bəllidi. Yarışın sonuncu iştirakçısı yaxın günlərdə müəyyənləşəcək.

 

Qeyd edək ki, 2017-ci ilin yanvarın 7-22-də keçiriləcək turnirdə 1999-cu il təvəllüdlü oyunçular iştirak edəcək.