Yığmamızın rəqibinin yeni planı
28.01.2016 - 18:36
Azərbaycan millisinin rəqibi olan Qazaxıstan yığmasının yoxlama oyunları ilə bağlı yeni planları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, martın 26-da millimizlə Antalyada yoxlama oyunu keçirəcək komanda daha iki belə matç keçirməyi planlaşdırır.
Qazaxıstan yığması Türkiyədəki oyunun ardından Gürcüstana yollanacaq. Bu ölkənin paytaxtı Tiflisdə Qazaxıstan və Gürcüstan milliləri üz-üzə gələcək. Həmin qarşılaşma martın 29-da keçiriləcək.
Rəqibimiz avqustun 30-da da yoxlama matçında qüvvəsini sınayacaq. Bu oyunu da səfərdə keçirəcək Qazaxıstan Qırğızıstanla üz-üzə gələcək.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0