Yunanıstan FİFA-nın tələbinə əməl etdi
12.04.2016 - 20:27
Ölkədə yaranan iğtişaşlar səbəbindən keçirilməsi dayandırılan Yunanıstan kuboku uğrunda yarışlar bərpa ediləcək. Apasport.az saytının məlumatına görə, bu barədə “France Press” nəşri xəbər yayıb.
Bu barədə sözügedən mətbu orqanına Kipr Futbol Federasiyasının prezidenti və FİFA-nın İdarə Heyətinin üzvü Kostakis Koutsokomnis açıqlama verib.
Xatırladaq ki, Yunanıstan kubokunun ləğv olunmasından sonra FİFA bu ölkənin futbol federasiyasına ultimatum verərək yarışın bərpa olunmasını tələb etmiş, əks halda ölkə millisini bütün beynəlxalq yarışlardan kənarlaşdıracağını bildirmişdi.
0
0