Yunanlarla nəhs duel: 3-cü qələbə üçün
18.10.2016 - 17:11
Yunanlarla nəhs duel: 3-cü qələbə üçün

Avropa Liqasının III turunda keçiriləcək “Qarabağ” – PAOK oyunu Azərbaycan və Yunanıstan komandalarının UEFA bayrağı altında turnirlərdə 13-cü qarşılaşması olacaq. Apasport.az saytının məlumatına görə, indiyədək iki ölkə təmsilçiləri 5 dəfə yığma, 7 dəfə klub səviyyəsində qarşılaşıb.

 

18 il öncə baş tutan ilk matç U-16-ların Avropa çempionatının seçmə oyunu olub. Həmin vaxt rəqiblər qolsuz ayrılıb. Sonradan U-19 bir, U-21 iki dəfə Ellada təmsilçisinə məğlub olub. Yığmaların yeganə qələbəsi isə 9 il öncəyə təsadüf edib. Qızlardan ibarət U-17 millimiz qələbəyə sevinib.

 

Klublar səviyyəsindəki yeganə qələbəmiz də zərif cins nümayəndələrinin hesabındadı. 13 il öncə “Gömrükçü” “Aeqina”dan güclü olub. Ardınca kişi komandaların Avropa Liqasındakı 6 matçı isə heç-heçə başa çatıb. Düzdü, bunların birində “İnter” penaltilər seriyasında uduzub, birində isə “Qəbələ” səfər qolu ilə qalib gəlib. Sonuncu duellər məhz PAOK-la olub və qalib müəyyənləşməyib. “Qəbələ” Saloniki təmsilçisi ilə qrupda iki dəfə qolsuz ayrılıb.

 

Ümumilikdə Yunanıstan komandaları ilə 12 oyunda 2 qələbə qazanan komandalarımız 3 dəfə uduzub və 7 bərabərliklə kifayətlənib. 10 qol vuran futbolçularımız 12 top buraxıb. Hər tərəf bir dəfə böyükhesablı qələbə əldə edib. Yunanlar U-21, biz “Gömrükçü” ilə bunu bacarmışıq.

 

U-16

22.10.1998. Yunanıstan - 0:0 (n)

U-19

13.10.2010. Yunanıstan - 0:1 (n)

U-21

02.06.2007. Yunanıstan – 1:4 (s)

08.09.2007. Yunanıstan - 0:2 (s)

U-17 (qızlar)

13.10.2007. Yunanıstan - 2:1

UEFA kuboku (qadınlar)

25.08.2003. “Gömrükçü” – “Aeqina” (Yunanıstan) - 3:0

Avropa Liqası

19.07.2012.  “İnter” – “Asteras Tripolis” (Yunanıstan) - 1:1

26.07.2012. “Asteras Tripolis” (Yunanıstan) – “İnter” - 1:1, penaltilərlə 4:2

20.08.2015. “Qəbələ” – “Panatinaikos” (Yunanıstan) – 0:0

27.08.2015. “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” - 2:2

17.09.2015. “Qəbələ” - PAOK (Yunanıstan) – 0:0

26.11.2015. PAOK (Yunanıstan) – “Qəbələ” - 0:0