Zidan “Real”ın cəmi 5 futbolçusundan çox məvacib alacaq
06.01.2016 - 13:14
Zinəddin Zidanın “Real”ın baş məşqçisi postunda nə qədər məvacib alacağı açıqlanıb. Apasport.az saytı “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, fransalı çalışdırıcı Madrid klubunda ilinə 2,5 milyon avro qazanacaq.
Bu məbləğ “Real”ın əksər futbolçularının maaşından az deməkdi. Belə ki, “kral klubu”nda yalnız Kiko Kasilya, Lukas Vaskes, Naço, Xese Rodriges və Denis Çerışev Zidandan az məvacib alır. Qalan bütün futbolçuların illik maaşı “Zizu”nun məvacibindən yüksəkdi.
Qeyd edək ki, müqaviləyə əsasən, Zidan 2018-ci ilin yayına qədər “Real”ı çalışdıracaq.
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
0
0