Zidan onu “Barselona”ya vermək istəmir
03.04.2017 - 22:32
Son günlər haqqında “Barselona”ya keçəcək deyə xəbərlər yayılan İsko haqqında yeni “Real” qərarını vermək ərəfəsindədi. Apasport.az saytının məlumatına görə, “kral klubu”nun baş məşqçisi Zinəddin Zidan da bununla bağlı açıqlama verib.
Fransız mütəxəssis 24 yaşlı oyunçu haqqında fikirlərini bölüşüb: “Mənə qalsa, onunla yeni müqavilə imzalayardım. İsko çox önəmli oyunçudu. Özü də Madriddə qalmaq istəyir”.
Qeyd edək ki, 2013-cü ildən “Real”ın formasını geyinən İsko paytaxt klubunun heyətində 120 oyunda meydana çıxıb və 22 dəfə fərqlənib.
0
0