Yamal “Barselona”nın yeni “10 nömrəsi” olacaq
20.05.2025 - 16:55
“Barselona”nın futbolçusu Lamin Yamal yeni mövsümdən 10 nömrəli formanı geyəcək.
Apasport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Bildirilib ki, 17 yaşlı oyunçu kumiri Lionel Messinin bir zamanlar katalon klubunda geydiyi formada meydana çıxacaq.
Klubun prezidenti Joan Laporta da bu barədə komanda daxilində müzakirələr aparılacağını qeyd edib.
Qeyd edək ki, Yamal bu mövsüm bütün turnirlərdə 53 matçda iştirak edib, 17 qol vurub və 25 məhsuldar ötürmə edib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0