Yamal: “Gələn il daha məhsuldar olacam”
03.06.2025 - 08:36
"Barselona"nın cinah oyunçusu Lamin Yamal "El Larguero" nəşrinə müsahibə verib.
Apasport.az xəbər verir ki, 17 yaşlı ispaniyalı ötən mövsüm Avropanın ən yaxşı oyunçularından birinə çevrilsə də, o, bununla kifayətlənmək niyyətində deyil:
"İldən-ilə təkmilləşəcəm. Gələn il daha çox qol vuracağam, daha çox məhsuldar ötürmə edəcəm, fiziki cəhətdən indikindən daha güclü olacağam".
Ötən mövsüm Lamin Yamal bütün yarışlarda Hans-Diter Flikin komandasının heyətində 55 oyunda 18 qol vurub və 25 məhsuldar ötürmə verib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0