Yamal UNICEF-in səfiri olub
20.11.2024 - 21:55

"Barselona"nın gənc ulduzu Lamin Yamal UNICEF-in səfiri olub.
Apasport.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
"Barselona" ilə UNICEF artıq uzun illərdir əməkdaşlıq edir.
2007-ci ildə klubun futbolçularının bəzədiyi təqvimin satışından gələn gəlirin 50 faizi təşkilatın layihələrində xeyriyyə məqsədi ilə sərf olunub.
0
0