Yeni transferi izlədi, “Beşiktaş” qələbə qazandı
05.02.2024 - 01:01
Yeni transferi izlədi, “Beşiktaş” qələbə qazandı

Türkiyə Superliqasında 24-cü tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son oyununda "Beşiktaş" "Trabzonspor"u qəbul edib.

Görüş istanbulluların qələbəsi ilə nəticələnib - 2:0. Semih Kılıçsoy matçda dubl müəllifi olub. 

Oyunu tribunadan izləyənlər arasında "qara qartal"a transferi gündəmdə olan Co Vorrel də olub.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Dəmirspor" "Pendikspor"a uduzub - 1:2. Həmyerlimiz görüşə start heyətində başlayıb və sonadək meydanda olub.

0