"Yunayted" istədi, "Bornmut"u seçdi - RƏSMİ
02.07.2025 - 09:57
İngiltərə Premyer Liqası təmsilçilərindən "Bornmut"da yeni müqavilə rəsmiləşib.
Apasport.az xəbər verir ki, klub hücumçu Antuan Semenyo ilə 2030-cu ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, 25 yaşlı vingerlə daha əvvəl "Tottenhem" və "Mançester Yunayted" klubları yaxından maraqlanırdı.
Qeyd edək ki, "Bornmut" Semenyonu 2023-cü ildə "Bristol Siti"dən 10,25 milyon avroya transfer edib. Qana millisinin üzvü bu müddət ərzində komandanın heyətində 89 oyuna çıxıb, 22 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0