"Yunayted"dən PSV-yə - rəsmi
05.02.2025 - 19:52
PSV heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Mançester Yunayted"də forma geyinən Tayrell Malasiyanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, futbolçu mövsümün sonuna kimi Niderland təmsilçisinin heyətində çıxış edəcək.
Qeyd edək ki, 25 yaşlı futbolçu 2022-ci ildə "qırmızı şeytanlar"a "Feyenoord"dan transfer olunmuşdu.
0
0