“Yunayted”in ən yaxşısı bəlli olub
07.09.2025 - 09:23
“Yunayted”in ən yaxşısı bəlli olub

“Mançester Yunayted”də avqust ayının ən yaxşı futbolçusu bəlli olub.

Apasport.az xəbər verir ki, bu ada Brayan Mbeumo layiq görülüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu azarkeşlər arasında keçirilən sorğuda birinci olub.

Qeyd edək ki, 26 yaşlı kamerunlu hücumçu ötən ay çıxış etdiyi 4 oyunda 2 qolla yadda qalıb.