Yuriy Hura: “Günü-gündən daha güclənirik“
18.07.2024 - 23:13
Yuriy Hura: “Günü-gündən daha güclənirik“

"Şerif" Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Zirə"ni məğlub edərək növbəti raunda yüksəlib.

Apasport.az xəbər verir ki, Moldova təmsilçisinin baş məşqçisi Yuriy Hura oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Penaltilər lotoreyadır. Çətin oldu. Qələbə üçün çox güc sərf etdik. Günü-gündən daha güclənirik. Bu oyuna görə futbolçularıma təşəkkür edirəm.

- Qırmızı vərəqə oyunun taleyinə nə dərəcədə təsir göstərdi?

- Təsir etdi. Amma bir neçə epizodumuz var idi, vura bilmədik. Standart vəziyyətdən yenə qol buraxdıq. Önəmli olan odur ki, Bakıdan evə qələbə ilə dönürük.

- Bu dəfə Əyyub Allaşı sonradan oyuna buraxdınız və matçın qəhramanı oldu. Niyə onu ilk dəqiqələrdən meydana buraxmadınız? Gizli silahınız idi?

- Özünüz buna cavab verdiniz. Allaş bizim bugünkü "coker"imiz idi. Tam hazır deyil. Ancaq şans verdik.

 

0