"Yuventus" "Barselona"nın vingerinə "elçi düşdü"
20.04.2026 - 21:33
"Barselona"nın futbolçusu Runi Bardaqji komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, isveçli ilə "Yuventus" yaxından maraqlanır.
Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Turin təmsilçisi vingeri icarəyə götürmək niyyətindədir. Həmçinin "Monako", "Porto" və "Betis" də onu heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, "Barselona" Runi bardaqjini 2025-ci ilin yayında "Kopenhagen"dən 2,5 milyon avroya transfer edib.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0