“Yuventus” dünya çempionatına vəsiqə qazanıb
13.03.2024 - 11:09
İtaliya A Seriyası təmsilçisi “Yuventus” 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında oynamaq imkanı qazanıb.
Apasport.az xəbər verir ki, “Napoli”nin Çempionlar Liqası ilə vidalaşdıqdan sonra "Yuventus" buna nail olub. Neapollular 1/8 finalda “Barselona”ya uduzublar – 1:1, 1:3.
Beləliklə, “Yuventus” UEFA reytinqində “Napoli”ni qabaqlayaraq dünya çempionatına vəsiqə qazanıb.
Qeyd edək ki, dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. 32 komanda 8 qrupda mübarizə aparacaq.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0