“Yuventus” portuqaliyalı futbolçu ilə maraqlanır
24.01.2025 - 23:26
İngiltərə Premyer Liqası komandalarından “Çelsi”nin futbolçusu Renato Veyqa karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, “Yuventus" müdafiəçini icarəyə götürmək üçün danışıqlar aparır.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Turin klubu portuqaliyalını mövsümün sonuna kimi icarəyə götürmək niyyətindədir.
Qeyd edək ki, 21 yaşlı cinah müdafiəçisi bu mövsüm "zadəganlar"ın heyətində çıxış etdiyi 18 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Vinisius irqçiliklə mübarizəsindən danışdı - “Qardaşımın bunu yaşamasını istəmirəm”
- Ronaldodan Mbappeyə tərif: "Mənə öz dövrümü xatırladır"
- Moriyasu Braziliyaya meydan oxudu - “Onları keçmək istəyirik”
- Estakio qələbə qolunu vurdu: Matçın ən yaxşısı seçildi
- Diomande qərarını verdi - PSJ-yə keçmək istəyir
0
0