“Yuventus”da ciddi itki
03.12.2025 - 20:43
“Yuventus”un müdafiəçisi Federiko Qatti ciddi zədə səbəbindən əməliyyat olunacaq.
27 yaşlı futbolçu İtaliya kubokunda “Udineze” ilə keçirilən görüşdə (2:0) ağrı hiss edərək meydana davam edə bilməmiş və əvəzlənmişdi. Sonrakı tibbi müayinələrdə onun sağ dizində bağın yırtıldığını təsdiqləmişdi.
Apasport.az xəbər verir ki, bu gün aparılan əlavə rentgen və MRT müayinələri isə medial menisküsün cırıldığını aşkar edib.
Klub müdafiəçiyə operativ müdaxilənin qaçılmaz olduğunu açıqlayıb.
Qatti cari mövsümdə “Yuventus”un heyətində bütün turnirlərdə 18 oyuna çıxıb və 2 qol vurub.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0