“Yuventus” rəhbərliyində dəyişiklik baş verib.
Apasport.az xəbər verir ki, Turin klubu İdarə Heyətinin sədri və baş icraçı direktoru Damyen Komolli ilə yolların ayrıldığını açıqlayıb.
Fransalı funksioner 2025-ci ilin iyununda “Yuventus”a baş menecer kimi gəlmiş, noyabrda isə baş icraçı direktor vəzifəsinə təyin olunmuşdu.
Lakin o, bu postda uzun müddət qala bilməyib. Klub Komolli ilə əməkdaşlığın qarşılıqlı razılıq əsasında başa çatdığını bildirib.
“Yuventus”da yeni rəhbər də bəlli olub.
Turin təmsilçisi “Sassuolo”nun sabiq icraçı direktoru Covanni Karnevalinin klubun yeni baş icraçı direktoru və baş meneceri təyin edildiyini açıqlayıb.
Qeyd edək ki, Komolli daha əvvəl “Fənərbağça”, “Liverpul”, “Tottenhem”, “Arsenal” və “Tuluza”da da müxtəlif rəhbər vəzifələrdə çalışıb.