“Yuventus”un üzvü Premyer Liqaya qayıda bilər
10.04.2025 - 20:24
“Yuventus”un üzvü Premyer Liqaya qayıda bilər

İtaliya A Seriyası təmsilçilərindən "Yuventus"un futbolçusu Duqlas Luiz yayda komandadan ayrıla bilər.

Apasport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə İngiltərədən bir neçə klub maraqlanır.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Qoca sinyora" futbolçunu satmağa müsbət yanaşır. Turin klubu 26 yaşlı yarımmüdafiəçi üçün 34 milyon funt-sterlinq tələb edir.

Xatırladaq ki, "Yuventus" Duqlas Luizi mövsümün əvvəlində "Aston Villa"dan transfer edib.

Qeyd edək ki, Braziliya millisinin üzvü Turin təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda qol və ya assistlə yadda qalmayıb.