“Yuventus”un yetirməsi “Fiorentina”da - rəsmi
05.02.2025 - 00:58
“Yuventus”un yarımmüdafiəçisi Nikolo Facioli komandadan ayrılıb.
Apasport.az xəbər verir ki, Turin təmsilçisinin yetirməsi olan 23 yaşlı futbolçu icarə əsasında “Fiorentina”ya keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliya millisinin üzvü mövsümün sonuna kimi “bənövşəyilər”in şərəfini qoruyacaq.
Tərəflər arasında razılaşmaya əsasən, "Fiorentina" oyunçu üçün qarşı tərəfə 2,5 milyon ödəniş edəcək.
Qeyd edək ki, Facioli bu mövsüm “qoca sinyora”nın heyətində 22 matçda iştirak edib.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0